Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda 2026-cı ilin aprel ayının 20-dək ərazi nümayəndəlikləri, idarə və müəssisələr, bələdiyyələr və xeyriyyəçilər tərəfindən görülmüş işlər barədə məlumat.

20 aprel 2026 | 19:06

Masallı rayonunda 2026-cı ilin aprel ayının 20-dək ərazi nümayəndəlikləri, idarə və müəssisələr, bələdiyyələr və xeyriyyəçilər tərəfindən görülmüş işlər barədə məlumat.

Masallı şəhər ərazisində sahibsiz itlərlə bağlı müvafiq tədbirlər görülmüşdür.

Ərkivan qəsəbə ərazisində xeyriyyəçilər tərəfindən 8 aztəminatlı ailəyə 1400 manat maddi yardım olunmuşdur.

Ərkivan qəsəbə ərazisində nümayəndəlik və bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən aztəminatlı ailəyə məxsus yanmış fərdi yaşayış evdə təmir işlərinə başlanılmışdır.

Musakücə ərazisində xeyriyyəçilər tərəfindən 150 metr məsafəyə çınqıl tökülmüş, 1150 metr kənddaxili yol qreyderlə hamarlanmışdır (1300 manat).

Musakücə kənd ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən 300 metr kənddaxili yol cari təmir olunmuşdur.

Xıl ərazisində nümayəndəlik və bələdiyyə tərəfindən 100 ədəd göyüş ağacı əkilmişdir.

Xıl kənd ərazi nümayəndəliyi, bələdiyyə və kənd sakinləri tərəfindən örüş sahəsinin zəbt olunmasının qarşısı alınmışdır.

Xıl ərazisində Masallı Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən çəltik əkininə hazırlıq məqsədilə 200 metr kanal lildən təmizlənmiş, yeraltı su borularında təmir işləri aparılmışdır.

Həsənli ərazisində Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən ümumilikdə 2200 metr uzunluğunda suaparıcı kanallar təmizlənmişdir.

Həsənli ərazisinin Təkdam kəndində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində 70 ədəd şam ağacı əkilmişdir.

Sığdaş ərazisinin Xanalıyan kəndində Masallı Elektrik Şəbəkəsi tərəfindən məscidin həyətində yerləşən 250 kVA gücündə transformatorun yeri dəyişdirilərək məscidin arxa hissəsində quraşdırılmış, həmçinin qəzalı vəziyyətdə olan transformator cari təmir olunaraq rənglənmişdir.

Masallı Elektrik Şəbəkəsi tərəfindən Sığdaş ərazisində elektrik naqillərinə toxunan ağac budaqları budanmışdır.

Sığdaş ərazisində Kolatan Bələdiyyəsi tərəfindən hesabat yığıncağı keçirilmişdir.

Kolatan Bələdiyyəsi tərəfindən Sığdaş ərazisində kənd sakini Səbziyev Fərrux Davud oğluna həyat yoldaşının müalicəsi məqsədilə 400 manat, Böyük Kolatan ərazisində kənd sakini Məmmədov Alim Ramazan oğluna gözdən əlil övladının müalicəsi məqsədilə 400 manat, aztəminatlı İsayev Elvin Mərdan oğluna 200 manat, aztəminatlı Ağayev Gülhüseyn Miri oğluna 200 manat, aztəminatlı Seyfullayev Səbuhi Təzəxan oğluna 200 manat maddi yardım göstərilmişdir. (1400 manat)

Kolatan Bələdiyyəsi tərəfindən Babakücə kənd sakini Hüseynov Çingiz Tahir oğluna hərbi xidmətdə olan ovladının yanına getmək məqsədilə 200 manat məbləğində maddi yardım göstərilib.

Böyük Kolatan ərazisində ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən aşkar olunmuş sanitar qovşağının və çirkab sularının kanala axıdılmasının qarşısı alınmışdır.

Böyük Kolatan ərazisinin Bala Kolatan kənd sakini Şiriyev Nizam Murtuza oğlunun evinə gedən elektrik xətti Masallı Elektrik Şəbəkəsi tərəfindən təmir olunmuşdur.

Bala Kolatan kənd sakini, l qrup əlil Muradov Məmmədəli Vəliş oğluna Kolatan Bələdiyyəsi tərəfindən 100 manat məbləğində maddi yardım göstərilmişdir.

Mahmudavar ərazisində nümayəndəliyin təşəbbüsü və bələdiyyənin vəsaiti hesabına kəndin futbol meydançasına gedən 80 metr məsafədə yola çınqıl tökülərək hamarlanmışdır (250 manat).

Mahmudavar ərazisində köhnə qaz boruları yenisi ilə əvəz olunmaqdadır.

Mahmudavar ərazisində xeyriyyəçilər tərəfindən 33 aztəminatlı ailənin hər birinə 3 kq olmaqla ümumilikdə 99 kq ət paylanmışdır (1683 manat).

Masallı Elektrik Şəbəkəsi tərəfindən Mahmudavar ərazisində qəzalı elektrik xətləri və dayaqlar təmir olunmuşdur.

Mahmudavar kənd ərazi nümayəndəliyi tərəfindən tənha yaşayan ahıl yaşlı sakin ziyarət olunmuşdur.

Mahmudavar ərazisində mərkəzi yol 47 saylı Yol İstismarı MMC (Masallı) tərəfindən cari təmir olunmuşdur.

Güllütəpə ərazisinin Köhnə Zuvand və Yolağac kəndlərində Masallı Elektrik Şəbəkəsi tərəfindən transformatorlar rənglənmiş və ətrafları hasara alınmışdır.

Güllütəpə ərazisinin Köhnə Zuvand kəndində Masallı Elektrik Şəbəkəsi tərəfindən 13 ədəd yararsız elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur.

Güllütəpə ərazisinin Köhnə Zuvand kəndində “Aztelekom” MMC-nin Cənub Regional Filialının Masallı rayon şöbəsi tərəfindən internet xəttinin çəkilişinə başlanılmışdır.

Şıxlar ərazisində nümayəndəlik tərəfindən 60 ədəd eldar şamı, küknar və 20 ədəd tut ağacları əkilmişdir.

Şıxlar ərazisində nümayəndəliyin təşəbbüsü ilə bələdiyyə tərəfindən 200 metr məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır. (320 manat)

Bədəlan ərazisində xeyriyyəçilər tərəfindən 10 aztəminatlı ailənin hər birinə 100 manat dəyərində ərzaq yardımı paylanılmış (1000 manat) və səhhətində problem olan uşağın dərmanlarının alınmasına köməklik göstərilmişdir (570 manat).

Bədəlan ərazisində xeyriyyəçilərin maddi dəstəyilə məscidin həyətində su quyusu qazılmışdır. (1300 manat)

Banbaşı ərazisinin Böyük Xocavar kəndində 1,4 km məsafəsində mərkəzi yol gecə işıqlandırılması ilə təmin edilmiş (7000 manat) və elektrik naqillərinə toxunan ağaclar budanmışdır.

Banbaşı kənd ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə gənclər tərəfindən 100 ədəd sərv ağacı əkilmişdir.

Banbaşı ərazisində ərazi nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən piyadaların rahat hərəkəti üçün su kanalının üzərində körpü tikilmişdir (2000 manat ).

Banbaşı ərazisində xeyriyyəçilər tərəfindən 300 metr məsafəyə küçə işıqlandırılması çəkilmişdir (1800 manat).

Öncəqala ərazisinin Hüseynhacılı kəndində ərazi nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə tənha yaşayan kənd sakini Markizə Cahangirovanın yaşadığı ev təmir olunmuş, evin divarları və pəncərələri rənglənmişdir. Həmçinin ərazi nümayəndəliyinin təşəbbüsü və Masallı MKTİB-nin dəstəyi ilə onun həyətində kol-kos təmizləmə işləri aparılmışdır. Eyni zamanda ərazi nümayəndəliyinin təşəbbüsü və bələdiyyənin maliyyə dəstəyi ilə evinə və həyətinə gedən yola çınqıl tökülərək hamarlanmışdır.

Öncəqala ərazi nümayəndəliyinin təşəbbüsü və kənd xeyriyyəçiləri tərəfindən az yaşlı Kərimov Amil Əmir oğluna və Vətən Müharibəsi iştirakçısı Abasov Rəvan Daşqın oğluna maddi yardım olunmuşdur.

Öncəqala ərazisinin Hüseynhacılı kəndində qəzalı vəziyyətdə olan transformator Masallı Elektrik Şəbəkəsi tərəfindən bərpa olunmuşdur.

Öncəqala kənd ərazi nümayəndəliyinin təşəbbüsü və kənd xeyriyyəçiləri tərəfindən Öncəqala kəndində 7 aztəminatlı ailənin hər birinə 29 manat olmaqla ümumilikdə 203 manat dəyərində ərzaq yardımı edilmişdir.

Xırmandalı ərazi nümayəndəliyinin və Xırmandalı bələdiyyəsinin təşəbbüsü ilə Xırmandalı kənd qəbristanlığında xeyriyyəcilər tərəfindən sanitar qovşağı tikilib. (550 manat)

Xırmandalı ərazisində xeyriyyəçilər tərəfindən 160 aztəminatlı ailənin hər birinə 1,5 kq olmaqla ümumilikdə 240 kq ət paylanmışdır. (3840 manat)

Xırmandalı ərazində Su Meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən 100 metr məsafədə suaparıcı kanal təmizlənmisdir.

Qızılağac kənd ərazi nümayəndəliyinin təşəbbüsü ilə əhali tərəfindən pay torpaq sahəsinə gedən yola atılmış məişət tullantıları təmizlənmişdir.

Qızılağac kənd məscidinin döşəməsində aparılan işləri xeyriyyəçilərin dəstəyi ilə yekunlaşmaq üzrədir.

Qızılağac ərazisində yanmış fərdi yaşayış evinin xeyriyyəçilər tərəfindən yenidən inşasına başlanılmışdır.Hazırda yeni evin təməl işləri tamamlanmışdır.

Yeddioymaq Bələdiyyəsi tərəfindən Birinci Yeddioymaq kəndində 200 metr məsafədə kənddaxili yol cari təmir olunmuşdur. (300 azn).

Birinci Yeddioymaq kənd mərasim zalının tavanı xeyriyyəçi tərəfindən təmir edilmişdir.

Qəriblər ərazisində bələdiyyə və xeyriyyəçilərin birgə dəstəyi ilə 350 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır. (900 manat)

Qəriblər ərazisində bələdiyyə tərəfindən 300 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır. (600manat)

Qəriblər ərazisində kənd məscidinin və qəbiristanlığının hasarı 96 metr məsafədə yenidən bərpa olunur. (1500 manat)

Qəriblər ərazisində xeyriyyəçilər tərəfindən kənd qəbiristanlığında su yığılan 0,01 ha sahəyə 5 yük maşını torpaq tökülərək hamarlanmışdır (500 manat).

Qəriblər ərazisində nümayəndəlik və bələdiyyə tərəfindən məscid və qəbiristanlıqda ağaclar budanmışdır. Xeyriyyəçi tərəfindən qəbiristanlıqda çalışanlar üçün ehsan süfrəsi açılmışdır.(250 m)

Qəriblər ərazi nümayəndəliyinin təşəbbüsü və Masallı Elektrik Şəbəkə tərəfindən ərazidə elektrik xətlərinə toxunan ağaclar budanmışdır.

Səmədxanlı ərazisində olan qanunsuz tikili tam söküldü və qreyderlə hamarlandı.

Səmədxanlı kənd ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilər tərəfindən kənd qəbiristanlığının hasarlanma işlərinə başlanılmışdır.

Sərçuvar ərazi nümayəndəliyi tərəfindən Sərçuvar kənd tam orta ümumtəhsil məktəbinin həyətində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində şəhid ailələri ilə birlikdə 100 ədəd göyrüş ağacı əkilmişdir.

Sərçuvar ərazisində Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, Lənkəran Regional Elektrik Şəbəkəsinin müdiri, Masallı Elektrik Şəbəkəsinin müdiri, ərazi nümayəndəliyi və bələdiyyə ilə birlikdə sakinlərlə görüş keçirilmiş və kəndə yeni quraşdırılacaq transformatorun yerinə baxış keçirilmişdir.

Göyəçöl kənd ərazi nümayəndəliyi və xeyriyyəçilər  tərəfindən 150 metr məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.

Göyəçöl kəndində xeyriyyəçilər tərəfindən 450 metr məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır. (2000 manat)

Göyəçöl ərazisində xeyriyyəçilər tərəfindən 550 metr məsafədə yol qreyderlə hamarlanmışdır.

Çaxırlı ərazisində Sarıcəfərli kəndinin adını bildirən lövhə kənd xeyriçiləri tərəfindən yenisi ilə əvəz olunmuşdur.

Çaxırlı kəndində dayanacaq xeyriyəçilər tərəfindən təmir olunur.

Şərəfə ərazisində xeyriyyəçilər tərəfindən 300 metr məsafədə məktəb yoluna çınqıl tökülərək hamarlanmışdır.

Şərəfə kənd ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən kənddaxili yolun 100 metrlik hissəsinə çınqıl  tökülərək hamarlanmışdır.

Hişkədərə ərazisində xeyriyyəçilər tərəfindən aztəminatlı Əhmədova Nəzakət Qulamhüseyn qızına müalicəsi ilə əlaqədar 300 manat maddi yardım olunmuşdur.

Təzəkənd ərazisində "Şəhərsalma və Memarlıq ili ilə əlaqədar məktəbin həyətində 30 ədəd sərv ağacı əkilmişdir.

Viləş ərazisində kənd daxili yollara çınqıl tökülərək hamarlanmışdır.

Miyankü ərazisində mərkəzi yolda yaranmış çökmüş hissə nümayəndəlik tərəfindən bərpa edilmişdir.

Türkoba ərazisinin Şatıroba kəndində Qaz İstismar İdarəsi tərəfindən yeniləcək qaz boruları əraziyə gətirilmişdir.

Tüklə kəndində yeni tikilmiş mərasim evinə Masallı RİH tərəfindən 28 Kamaz çınqıl verilmişdir.

Yeyənkənd ərazisində xeyriyyəçilər tərəfindən 650 metr məsafəyə çınqıl tökülərək hamarlanmışdır. (4130 manat).

Lürən ərazisində nümayəndəlik və bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilərin dəstəyi ilə 600 metr məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır. (1200 manat)

Masallı rayon Baytarlıq İdarəsi tərəfindən Qarğalıq və Sərçuvar ərazilərində barama saxlanılması üçün nəzərdə tutulmuş otaqlar dezinfeksiya edilmişdir.

47 saylı Yol İstismarı MMC (Masallı) tərəfindən köhnə Ələt-Astara magistral avtomobil yolunun Sərçuvar və Xıl ərazilərindən keçən hissəsində yol kənarları qreyderlə hamarlanmışdır.

Boradigah Güllütəpə, Təklə, Çaxırlı, Təzəkənd, Mahmudavar, Göyəçöl, Müsakücə, Qızılavar, Təzə Alvadı, Qarğalıq, Sərçuvar, Xıl, Xırmandalı, Öncəqala, Türkoba, Böyük Kolatan, Sığdaş, Yeyənkənd, Banbaşı və Həsənli ərazilərində vətəndaşların qəbulu keçirilmişdir.

Rayonun bütün ərazilərində təmizliklə bağlı iməcliklər təşkil olunmuşdur

Keçidlər