Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır.
11 avqust 2026 | 15:06
Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, avqustun 3-nə olan məlumata əsasən, 13149,0 hektar sahə biçilmişdir.
Sahələrdən 31520,1 ton məhsul yığılmış, orta məhsuldarlıq hektardan 24,0 sentner olmuşdur.
Yığılan məhsulun:
-18256,0 tonu buğda
-6671,5 tonu arpa
-6592,6 tonu digər dənli və dənli-paxlalı bitkilərdir.
Ötən ilin müvafiq tarixi ilə müqayisədə ümumi məhsul yığımı 19,1 faiz artmışdır.






