Masallı rayonunda ağacəkmə aksiyası ənənə halını alıb
Masallı rayonunun müxtəlif ərazilərində təkcə sakinlər tərəfindən deyil eyni zamanda idarə və müəssisələr tərəfindən də ağacəkmə aksiyası ənənə halını almışdır.
Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən tibb və Lənkəran-Astara Regional Təhsil idarəsinin Masallı rayonu üzrə Təhsil sektoru tərəfindən ümumtəhsil müəssisələrində ağacəkmə aksiyaları keçirilmişdir.
Aksiya çərçivəsində təhsil işçiləri tərəfindən 93 ümumtəhsil müəssisələrinin həyətində 2800 ədəd nar ağacı və müxtəlif növ meyvə ağacları olmaqla ümumilikdə 4000-ə yaxın ağac əkilmişdir.
Səhiyyə işçiləri tərəfindən isə tibb müəssisələrinin həyətində 400 ədəd nar ağacının əkilməsi həyata keçirilmişdir.
Rayon ərazisində ağacəkmə aksiyaları davam etdirilməkdədir.