Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda Ağsaqqallar Şurasının illik hesabat yığıncağı

30 may 2024 | 18:46

30 may 2024-cü il tarixdə Masallı şəhər Gənclər Evində Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, rayon ağsaqqalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev Mərkəzinin önündə ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hesabat yığıncağını giriş sözü ilə rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev açaraq şuranın son bir ildəki fəaliyyəti barədə məruzəsi dinlənilmişdir.

Məruzə ətrafında müzakirələrdə şura üzvləri Viləş kəndinin sakini, iki şəhid atası Bayram Əsgərov, Eminli kənd sakini Hacı Rəbbi Kərimov, Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon şəbəsinin sədri, Mahmudavar kənd sakini Həsənağa Əliyev, Masallı şəhər sakini, yazıçı Meysəba Aslanova və başqaları çıxış edərək qurumun cari ildəki fəaliyyətinin qənaətbəxş olduğunu diqqətə çatdırmışlar. 

Natiqlər şuranın fəaliyyətini müsbət dəyərləndirmiş və bir sıra təkliflər vermişlər.

Gələcək həmin təkliflərin həyata keçirilməsi yolları barədə fikir söylənilmişdir.

Tədbirdə çıxış edənlər ölkəmizdə, xüsusilə də işğaldan azad olunan torpaqlarımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq işlərindən bəhs ediblər və bu gün həmin torpaqlarda yenidən qurma işləri aparılır. Aparılan işlərə sərmayə qoyuluşunun 80-90 faizini Azərbaycan öz hesabına həyata keçirir ki, bu da bir daha dövlətimizin malik olduğu iqtisadi qüdrəti göstərir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyasının olduğu zaman bu xəstəliklə mübarizədə aparılan maarifləndirmə işlərində ağsaqqalların da üzərinə müəyyən vəzifələrin düşdüyünü bildiriblər və qeyd olunub ki, rayon ərazisində ağsaqqallarımız əhali ilə, xüsusilə də gənclərlə daha intensiv işlər aparılır, onların zərərli vərdişlərə aludəçiliyinin və digər neqativ halların qarşısının alınmağında yaxından iştirak edirlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək bildirmişdir ki, rayonda daim ağsaqqallarla görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir, rayonun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. Rayon rəhbəri bildirib ki, cari il ərzində təşkilat ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərib. Qarşıya qoyulan əsas məqsəd ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etmək, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində ağsaqqalların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əxlaqi normaların və sağlam həyat tərzinin geniş təbliğini həyata keçirmək olub. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi və bu şanlı Qələbədə rayonumuzun vətənpərvər gənclərinin də böyük payı oldu. Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrini və qazilərimizi diqqətdə saxlayır və onların məişət problemlərinin, digər qayğılarının yaxşılaşdırılması üçün tapşırıqlar veriblər.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov gənclərlə aparılan işlərin daha da artırılmasından danışaraq, bu sahədə, əsasən də rayon ərazisində hərtərəfli maarifləndirici fəaliyyətin həyata keçirilməsinin vacibliyini qeyd edib və vurğulayıb ki, biz ağsaqqallar ölkəmizin ictimai-siyasi həyatında dahada yaxından iştirak etməli, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əlimizdən gələn köməkliyi göstərməliyik, çünki gənclər bizim gələcəyimizdir. Ölkəmizdə Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı geniş miqyaslı quruculuq — abadlıq işlərindən, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlardan söhbət açıb.

Keçidlər