Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda kənd təsərrüfatının ümumi məhsulu artmışdır

17 oktyabr 2024 | 17:25

        Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki,  2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının ümumi dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 0,1 faiz artaraq 169480,3 min manat olmuşdur ki, onun da 91918,8 min manatı və ya 54,2 faizi bitkiçilik məhsullarının, 77561,5 min manatı və ya 45,8 faizi isə heyvandarlıq məhsullarının payına düşür.

        2024-cü il yanvar-sentyabr ayları ərzində dənli (çəltik istisna olmaqla), paxlalı və yağlı bitkilər üzrə 11204,5 hektar əkin sahəsindən 26807,6 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründən 86,5 ton və ya 0,3 faiz azdır. Buğda sahəsinin 7459,0 hektarından 18200,0 ton (əvvəlki ilin müvafiq dövründən 559,6 ton və ya 3,0 faiz az), arpa sahəsinin isə 2966,0 hektarından 6614,2 ton (əvvəlki ilin müvafiq dövründən 398,2 ton və ya 6,4 faiz çox) məhsul yığılmışdır. Buğda üzrə məhsuldarlıq 24,4 sent/ha (əvvəlki ilin müvafiq dövründə 24,3 sent/ha), arpa üzrə isə məhsuldarlıq 22,3 sent/ha (əvvəlki ilin müvafiq dövründə 22,2 sent/ha) olmuşdur.

         Çəltik bitkisi üzrə 138,6 hektar əkin sahəsinin 80,0 hektarından 280,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 115,0 ton və ya 69,7 faiz çoxdur.Biçin davam edir.

        Tərəvəz bitkiləri üzrə 2003,0 hektar əkin sahəsindən 55829,6 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 255,0 ton və ya 0,5 faiz azdır.

        Kartof bitkisi üzrə 911,0 hektar əkin sahəsindən 16036,6 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründən 143,8 ton və ya 0,9 faiz çoxdur.

        Bostan bitkiləri üzrə 317,0 hektar əkin sahəsindən 4644,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 92,0 ton və ya 2,0 faiz çoxdur.

         Fermentasiya edilməmiş tütün (qurudulmuş) üzrə 15,5 hektar əkin sahəsindən 7,5 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründən 1,8 ton və ya 31,6 faiz çoxdur.

        Yem bitkiləri üzrə 3262,0 hektar əkin sahəsindən 13048,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 1468,0 ton və ya 12,7 faiz çoxdur.

        Meyvələr üzrə 604,7 hektar əkin sahəsindən 1900,6 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 15,3 ton və ya 0,8 faiz çoxdur.

        Giləmeyvələr üzrə 294,0 hektar əkin sahəsindən 1705,2 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 ton və ya 0,6 faiz çox olmuşdur.

        Yaşıl çay yarpağı üzrə isə 109,5 hektar əkin sahəsinin 50,0 hektarından 39,8 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 18,6 ton və ya 87,7 faiz çoxdur.

         Üzüm üzrə 16,0 hektar əkin sahəsindən 1054,5 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 ton çox olmuşdur.

        2024-cü ilin yanvar-sentyabr aylarında  təmiz herik şumunu da daxil etməklə cari ilin payızlıq əkinləri üçün 5645,0 hektar sahədə şum qaldırılmışdır.

Keçidlər