Şriftin ölçüsü :

Saytın rəngi :

“Masallı rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə göstərilən diqqət və qayğı barədə 2026-cı il 20 aprel tarixədək görülmüş işlər haqqında”

20 aprel 2026 | 18:10

Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu məsələ hər zaman Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.

Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların ehtiyaclarının öyrənilməsi, eləcə də tibbi və psixoloji dəstəyin göstərilməsi istiqamətində davamlı və sistemli işlər həyata keçirilir.

Masallı rayonunda ərazi nümayəndəlikləri, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, eləcə də xeyriyyəçilər tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının artırılması, həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

Ərkivan qəsəbə Şəhidlər abidəsində iməciliklər təşkil olunmuşdur.

Viləş ərazisində şəhid qardaşların ev muzeyinin giriş hissəsinə 47 saylı Yol İstismarı MMC (Masallı) tərəfindən asfalt örtüyü döşənmişdir.

Viləş kənd tam orta məktəbində aprel şəhidi Nurlan Əsgərlinin şəhadətinin 10-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Sərçuvar kənd ərazi nümayəndəliyi tərəfindən Milli Qəhrəman Səfəralı Məmmədovun anası Şadəstə Məmmədova, qardaşı Niyaməddin Məmmədov, eləcə də şəhid Elşən Eyvazovun qardaşı Eyvaz Eyvazovla görüş keçirilmiş, onların qayğıları ilə maraqlanılmışdır.

Sərçuvar ərazi nümayəndəsi tərəfindən Vətən müharibəsi şəhidi Səməndər İsgəndərovun anası Tərgün Ağayeva ilə görüş keçirilmiş və qayğıları ilə maraqlanılmışdır.

Təzə Alvadı ərazisində Milli Qəhrəman Elşad Əhədovun məzarı ziyarət olunmuşdur.

Təzə Alvadı kənd ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən Şəhid Səlimov Sənan Nasif oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunmuşdur.

Hişkədərə kənd ərazi nümayəndəliyi tərəfindən şəhid atası Həzrətqulu Lələyev evində ziyarət edilmişdir.

Hişkədərə ərazisində I Qarabağ müharibəsi şəhidi Ağayev Elşad Aşur oğlunun doğum günü ilə əlaqədar şəhidlərin məzarı ziyarət olunmuşdur.

Banbaşı kənd ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən Böyük Xocavar kəndində I Qarabağ müharibəsi şəhidi Bayramov Qismət İlyas oğlunun məzarı təmir olunmuşdur. (400 manat)

Banbaşı ərazisində 18 aprel 2026-cı il tarixdə şəhidlərin xatirəsinə həsr olunmuş  mini futbol turnirinə start verilmişdir.

Banbaşı ərazisində şəhid Alışov Nahid Güləli oğlunun doğum günü ilə əlaqədər məzarı və ailəsi ziyarət edilmişdir.

Şərəfə ərazisində şəhid Hüsaməddin Xəlilov və Şaiq Bəşirovun anım günü ilə əlaqədar tədbir keçirilmişdir.

Şərəfə ərazisində şəhid Nurlan Əbilovun ildönümü və şəhid Xəlilov Hüsaməddinin mövlud günü ilə əlaqədar olaraq Şəhidlər abidəsi önündə və Şərəfə kənd tam orta məktəbində tədbir keçirilmişdir.

Təklə ərazisində nümayəndəlik və bələdiyyə tərəfindən Sığıncaq kəndində şəhid anası Həsənova Rəxşəndə Abdulhüseyn qızı ilə görüş keçirilmişdir.

Təklə ərazisində şəhid Cəfərov Rəfail Gülhüseyn oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarı və ailəsi ziyarət olunmuşdur.

Qızılağac ərazisində nümayəndəlik tərəfindən I Qarabağ müharibəsi şəhidi Xəlilov Sübhan Malik oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunmuşdur.

Qızılağac ərazisində I Qarabağ müharibəsi şəhidi, baş leytenant Kərimov Zülfü Habil oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur.

Xırmandalı ərazi nümayəndəliyi tərəfindən Ərəb kənd qəbiristanlığında 4 ədəd bayraq yenisi ilə əvəz olunmuşdur.

Xırmandalı ərazisində I Qarabağ müharibəsi şəhidi Qasımov Rüstəm Qənimət oğlunun məzar daşı yenisi ilə əvəz olunmuş və Masallı Su Meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən şəhidin yaşadığı evin qarşısında 60 metr dərinliyində artezian quyusu qazılmışdır.

Xıl ərazi nümayəndəliyi tərəfindən Milli Qəhrəman Elşad Hüseynovun abidəsinin gecə işıqlanması yenisi ilə əvəz olunmuşdur.

Xıl ərazi nümayəndəliyi tərəfindən şəhid atası Aqil Nağıyevlə görüş keçirilmişdir.

Göyəçöl ərazisində şəhid məzarında və şəhidlər abidəsində təmir işləri aparılır.

Köhnə Alvadı ərazisində şəhidin atası üçün inşa edilən evdə suvaq işləri yekunlaşıb və şəhidin atası evində ziyarət olunub.

Yeyənkənd ərazi nümayəndəliyi tərəfindən şəhid İsmayilov Ərzuman Əlizamin oğlunun məzarı ziyarət edilmişdir.

Lürən ərazisində ərazi nümayəndəsi və bələdiyyə tərəfindən şəhid Faiq Şükürov adına olan küçəyə tanınma lövhələri vurulmuşdur.

Öncəqala kənd ərazi nümayəndəliyi şəhid atası Mürüvvət Məmmədov ilə görüş keçirmişdir.

Mahmudavar kənd ərazi nümayəndəliyinin təşəbbüsü ilə şəhidlərin şəkilləri yeniləri ilə əvəz edilmişdir.

Miyankü ərazisində Şəhid Həsənov Etibar Feyruz oğlunun anım günü qeyd edilmiş və şəhid məzarları ziyarət olunmuşdur.

Güllütəpə ərazisində Şəhid Firdovsi Bağırzadənin məzarında təmir işləri aparılmışdır.

Boradigah qəsəbə, Qodman, Güllütəpə, Şıxlar, Mahmudavar, Sərçuvar, Qarğalıq, Viləş, Öncəqala, Çaxırlı, Göyəçöl, Təzəkənd, Banbaşı, Xıl, Köhnə Alvadı, Xırmandalı, Həsənli, Böyük Kolatan, Sığdaş, Musakücə, Təzə Alvadı, Miyankü, Yeddioymaq Qızılağac Miyankü ərazilərində şəhid məzarları ziyarət olunmuşdur.

Xırmandalı, Yeddioymaq, Həsənli, Viləş, Köhnə Alvadı, Qarğalıq, Mahmudavar və Türkoba ərazi nümayəndəliyikləri tərəfindən şəhid ailələri ziyarət olunmuşdur.

Keçidlər