Şriftin ölçüsü :

Saytın rəngi :

“Masallı rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə göstərilən diqqət və qayğı ilə bağlı 2026-cı ilin 20–26 aprel tarixləri ərzində görülmüş işlər haqqında”

27 aprel 2026 | 18:59

Ərkivan qəsəbə ərazisində şəhidlər parkında abadlıq işləri görülmüşdür.

Sərçuvar ərazisində Milli Qəhrəman Səfəralı Məmmədovun büstünün ətrafında təmizlik işləri aparılmışdır.

Sərçuvar ərazi nümayəndəliyi tərəfindən Vətən müharibəsi şəhidi Səməndər İsgəndərovun atası Vahid İsgəndərovla görüş keçirilmişdir.

Sərçuvar ərazisində şəhid məzarları və ailələri ziyarət edilmişdir.

Göyəçöl ərazisində I Qarabağ müharibəsi şəhidi Bahəddin Hüseynovun məzarı və 1941–1945-ci illərə aid abidə təmir olunmuşdur.

Göyəçöl ərazisində şəhid Paşazadə Siyavuş Əziz oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur.

Təzə Alvadı ərazisində Şəhid Səlimov Sənan Nasif oğlunun məzarı ziyarət olunmuşdur.

Mahmudavar ərazisində şəhid Şahbazov Mübariz Tofiq oğlunun valideynləri ziyarət olunmuşdur.

Hişkədərə ərazisində şəhid Lələyev İbrahim Həzrətqulu oğlu və şəhid Həşimov Natiq Canəli oğlunun valideynləri ziyarət olunmuşdur.

Qodman ərazisində şəhid atası Zərbiyev Oktay Qürbət oğluna tikilmiş fərdi yaşayış evinə elektrik xəttinin çəkilişi davam etdirilir.

Güllütəpə ərazisində I Qarabağ müharibəsində itkin düşmüş şəhid Ağaverdiyev Cəmil Nurulla oğlunun anım günü ilə əlaqədar abidəsi ziyarət olunmuşdur.

Lürən ərazisində şəhid Faiq Şükürovun anım günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur.

Musakücə ərazisində şəhid küçələrinin lövhələri bərpa olunmuşdur.

Viləş ərazisində şəhid ailələri ziyarət olunmuşdur.

Mahmudavar, Göyəçöl və Təzə Alvadı ərazilərində şəhid məzarları ziyarət olunmuşdur.

 

Keçidlər