Masallı rayonunun icra başçısı Çaxırlı kəndində kümçülərlə görüşüb
04 iyun 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Çaxırlı kəndində kümçülərlə görüşmüş, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə maraqlanmışdır.
Rayonun icra başçısı ilə işgüzar şəraitdə görüşən 5 nəfər kümdar 5 otaqda saxladıqları 4 qutu barama qurdunun optimal müddətdə, çətin və məsul işin öhdəsindən ləyaqətlə gəlməyə söz veriblər. Artıq məhsul hazırlıq vəziyyətinə gətirilb, 200 kiloqram barama tədarükü gözlənilir.
Təcrübəli və gənc kümçülərlə ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici söhbətlər aparılıb.
Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir.
Kümçülər bildirib ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biz rayon baramaçılarının bu sahəyə olan marağını xeyli artırıb.
Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı Araz Əhmədov tapşırıq və tövsiyələrini verib.