Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH Başçısı 11.12.2024-cü il tarixdə Köhnə Alvadı ərazisinin sakinləri ilə görüşdü

11 dekabr 2024 | 18:36

11 dekabr 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Köhnə Alvadı kəndində keçirmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış edərək səyyar görüş-qəbulunu açıq elan etmiş, sonra sözü Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə məlumat verməsini istəmişdir.

Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək bildirmişdir ki, ərazidə ötən qəbul zamanı keçirilmiş görüşdə 2 nəfər vətəndaş tərəfindən 3 müraciət edildiyi, müraciətlərin 1-nin müsbət həll olunduğu, 1 müraciətə qanunamüvafiq cavab verildiyi və 1 müraciətlə bağlı iş aparıldığını bildirmişdir.
            Şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, Şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan vətəndaşlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilməsi, Birinci Qarabağ Müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün 12 metr odun tədarük edilərək evində təhvil verilməsi, Köhnə Alvadı kənd xeyriyyə fondu tərəfindən aztəminatlı ailələrə ərzaq, geyim və məktəb ləvazimatları, xəstələrə müalicə xərcləri üçün ümumilikdə 20000 manata yaxın dəyərdə köməklik göstərilmiş, hər ay orta hesabla 35-40 ailəyə ümumilikdə 1000-1500 manat arası yardım göstərilməsi, kənd əhalisi tərəfindən kənd sakini üçün yeni fərdi yaşayış evinin tikintisinin davam etdirilməsi, kənd qəbiristanlığında abadlıq işlərinın aparılması və 200 metrə yaxın məsafədən qəbiristanlığa içməli su xətti çəkilərək əhalinin istifadəsinə verilməsi, 400 metr məsafədə asfalt örtüyü döşənməsi və 400 metr uzunluğunda yola çınqıl tökülərək hamarlanması barədə məlumat vermişdir. Əlavə olaraq Köhnə Alvadı ərazisində elektrik təsərrüfatının SİP kabelləşdirilməsinə başlanılması, ərazidə 250 metr məsafədə yola gecə işıqlandırılması sistemi quraşdırlması, 30 ədəd qaz sayğacının giriş kranının dəyişdirilməsi, ərazidə 400 metr suaparıcı kanalın təmizlənməsi, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkətləri tərəfindən əraziyə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilməsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 1000 ədədə yaxın ağacın əkilməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş və qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələləri qeydiyyata alıb nəzarətə götürmüş və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.

Keçidlər