Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısının Şərəfə ərazisində səyyar-görüş qəbulu

20 sentyabr 2022 | 15:00

20 sentyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov  Şərəfə kəndi ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqal və ziyalılar iştirak etmişdir.

Qəbul başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda və Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamladı və səyyar görüş qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 9 avqust 2022-ci il tarixdə ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat verdi.

Növbəti səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Xankişiyev Xankişi Mustafa oğlu, Zeynalov Əyyar Səməd oğlu, Cabbarov Seymur Samir oğlu, Kərimov Ağa Həsən oğlu, İslamov Xeyrulla Teymur oğlu və başqaları 7 məsələ ilə bağlı - mövcud olan qəzalı elektrik dirəklərinin dəyişdirilməsi və işıqların gün ərzində bir neçə dəfə yanıb-sönməsi, şəxsi həyətində tranformatorun götürülüb başqa səmtdə quraşdırılması, SİB kabelləşmə, yeni məhəllənin qazlaşdırılması, kənddə məktəbin və mədəniyyət evinin əsaslı təmiri, yaşadığı evə telefon nömrəsi və internet xəttinin çəkilməsi, digər sosial məsələlər barədə müraciətlər etmiş, minnətdarlıq bildirmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.

Keçidlər