Masallı RİH başçısının Tüklə ərazisində səyyar-görüş qəbulu
19 oktyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Tüklə kəndi ərazisində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirmişdir.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak etmişdir.
İlk öncə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov kəndin mərkəzində 1941- 1945 ci illər Böyük Vətən müharibəsində, Birinci və İkinci Qarabağ şəhidlərinin şərəfinə ucaldılmış abidələri ziyarət etmiş, üzərinə təzə güllər düzmüşdür.
Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 2 avqust 2022-ci il tarixdə ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat vermişdir.
Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Qurbanov Hakim Mirzə oğlu, Rəhmətov Əlisoltan Məmməd oğlu, Əkbərov Şükür Qasım oğlu, İmaməliyev Eyvaz Qubad oğlu, Xəlilov Asif Murad oğlu və başqaları Tüklə kənd orta məktəbinin yenidən əsaslı təmir edilməsi, Tüklə kəndinin mərkəzindən keçən körpünün təmir olunması, Tüklə-Məmmədova kəndləri arasındakı 1 kilometr mərkəzi yolun asfaltlanması, pay torpaqları sənədlərinin çıxarışlarının verilməsinə və digər sosial məsələlər barədə müraciətlər etmiş, minnətdarlıqlar bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.