Masallı RİH-nin 10.07.2023-cü il tarixli iclası
10.07.2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının iclası keçirilmişdir.
İclasda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, RİHB-nın müavini Adəm Məhərrəmov və RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynov çıxışlar etmişlər.
İclasın sonunda Masallı Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatına sədr seçilməsi ilə bağlı səsvermə olmuş və Fəttayev Elvin Sabir oğlu YAP Masallı rayon təşkilatının İcra Hakimiyyəti ərazi partiya təşkilatının sədri seçilmişdir.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi adından Elvin müəllimi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq!