Masallı RİH yanında İctimai Şuranın növbəti yığıncağı
02 sentyabr 2022-ci il tarixində Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti yığıncağı keçirilmişdir.
Rayon Ağsaqqalar klubunda keçirilən yığıncağı Şuranın sədri Əyyub Mehdiyev açmışdır. Natiq ölkə prezidenti cənab İlham Əliyevin son vaxtlarda Qarabağda olması, keçirilən görüşlərdə ölkə İqtisadiyyatının möhkəmlənməsindən ötrü verdiyi tövsiyə və tapşırıqlarını gündəmə gətirmişdi. Şura sədri ölkə rəhbərinin sərəncamı ilə Masallıya təyin etdilmiş yeni başçı Araz Əhmədovun bütün yaşayış məntəqələrində olması, şəhid məzarlarının ziyarət etməsi, vətəndaşların problemlərinin dinləməsi barədə yığıncaq işdirakçılarına məlumat vermiş, rayonun şəhər, qəsəbə və kəndlərində mövcud nöqsanlarını gündəmə gətirmiş, bunların aradan qaldılmasında şura üzvlərinin səy göstərməsini vacib saymışdır. O, rayonda tərəvəzçiliyin, çayçılığın, xüsusi ilə tütünçülüyün inkişafı ilə əlaqədər təkliflərini vermişdir.
İctimai Şuranın üzvlərindən Solmaz Rəsulova, Səfail Eyvazov, Cəmil Məmmədov, iki şəhid anası Ziba Əsgərova, MƏSQ rayon təşkilatının sədri Məmmədağa Şiriyev və başqaları çıxış edərək göstərmişlər ki, İctimai Şura rayonda davam edən bəzi neqativ hallarla mübarizə aparmalı, şuranın funksiyasını qaldırmağa nail olmalıdırlar. Natiqlər təhsildə valdeyn-məktəb münasibətlərindən, şəhər və kəndlərdə zibilliklərin tez-tez təmizlənməməsindən sahibsiz itlərin adamlar üçün qorxu törətməsindən, payız qış aylarına hazırlıqdan və bu sahədə şura üzvlərinin üzərinə düşən vəzifələrdən danışmışlar.
Şura yığıncağında səsvermə yolu ilə “Yeni həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev Masallı RİH yanında İctimai Şuranın mətbuat xidmətinin rəhbəri seçilmişdir.
Şura yığıncağında iştirak edən RİH-in nümayəndəsi Abbas Abbasov rayon rəhbərinin salamını işdirakçılara çatdırmış, qarşıda duran vəzifələrdən danışmışdır.