Masallı şəhər 1 saylı tam orta məktəbdə narkomaniyaya qarşı mübarizə tədbiri
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 aprel 2023-cü il tarixdə saat 10.00-da Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbində həmin məktəbin yuxarı sinf şagirdləri və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə “Müasir dünyada narkotiklərin qanunsuz dövrüyyəsi və narkomanlıq son dərəcə mürəkkəb ictimai və böyük bəladır. Dünyada bu bəla ən qorxulu, sağalmaz xəstəlik kimi ölçüyə sığmır və insanlara saysız hesabsız ziyan vuraraq mənəvi əzablar verir” mövzüsunda tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı Quliyev Vasif Salman oğlu, Masallı RİHB-nin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həsənov Nahid Valeh oğlu, RİHB-nin Hüquq şöbəsinin məsləhətçisi Bəhmənov Azər Daşdəmir oğlu, Masallı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leynenantı Əhmədov Mansur Nurəddin oğlu və Masallı rayonu üzrə təhsil sektorunun məsləhətçisi Kamal Tarverdiyev müəllim və şagirdlər qarşısında “Narkotik vasitələrdən istifadə daha çox gənclər arasında yayıldığını, gənclərin narkomanlığa qurşanması onların təhsildən yayınmasına, yüngül həyat tərzi keçirtməsinə, sağlamlığlarının zərbə altında qalmasına səbəb olduğunu və dünyada hər il on minlərlə insanın bu bəlanın qurbanı cevrildiyi barədə geniş maarifləndirici çıxışlar edilmiş, tələbə və şagirləri maraqlandıran suallara cavab verilmişdir.