Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər 2 saylı tam orta məktəbin rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası

31 mart 2023 | 15:34

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası təşkil olunub.

Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə başlayan ekskursiyalarda N. Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər haqqında şagirdlərə ətraflı məlumat verilib.

Keçidlər