Masallı şəhər 3 saylı orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
22.03.2025-ci il tarixdə İntiqam Əsgərli adına Masallı 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nigaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədi ilə tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Masallı RPŞ-nin rəisi polis-polkovniki Azay Ağayev, rəis müavini polis-mayoru İxtiyar Talıbov və LARTİ-nin Masallı sektorunun müdiri Elman Rzayev şagirdlər üçün Polis Akademiyasında təhsilə təşviqlə bağlı söhbətlər aparılıb.
Daha sonra tədbir debat formatında davam edib. Şagirdlərin sualları cavablandırılıb.