Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində asfaltlanma işləri davam etdirilir

30 iyul 2022 | 17:56

Masallı şəhər «Köhnə bazar» istiqaməti arxasının bir hissəsindən «Respublika» bankın arxasnda mərkəzi yola birləşənə qədər uzunluğu 260 metr yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yolun eni 6 metrə qədər genişləndirilib. Həmin iş qısa vaxt ərzində keyfiyyətlə, standarta uyğun həyata keçirilib, Masallı camaatının hədsiz razılığına səbəb olub və buna görə rayon rəhbərinə minnətdarlıq bildirirlər. 

Qeyd edək ki, yol yararsız asfalt örtükdən ibarət idi. Yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb.

Layihənin sonuncu mərhələsində yola yeni asfalt yol nişanlarının, siqnal, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

Asfalt yolun yenidən qurulması vətəndaşların rahat gediş-gəlişini təmin etməklə sözügedən ərazidə nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

Keçidlər