Masallı şəhərində bir neçə təşkilatın yerləşdiyi ərazidə asfaltlanma işləri aparılıb
05 noyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhər ərazisində bir neçə idarə, müəssisə və təşkilatın yerləşdiyi sahədə aparılan asfaltlanma işləri ilə tanış olub.
Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tohid Hüseynov, eləcə də ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, sözügedən ərazidə Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Masallı Bələdiyyəsi, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Mənzil İstismar Sahəsi və digər qurumlarla yanaşı, müstəqil media nümayəndələri də fəaliyyət göstərirlər.
Ərazidə həyata keçirilən asfaltlanma işləri qurumların əməkdaşlarının və vətəndaşların rahat hərəkətinin təmin olunması, ərazinin abadlaşdırılması və infrastruktur şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Rayon rəhbəri görülən işlərlə yerində tanış olub, ərazinin abad və səliqəli saxlanılmasının vacibliyini vurğulayıb.






