Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində evi yanmış 4 uşaq anası üçün fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir

17 sentyabr 2024 | 15:30

Qeyd edək ki, 18 yanvar 2024-cü il tarixdə Masallı şəhərində Ağayeva Maya Məhəmməd qızı və 4 övladının yaşadığı birmərtəbəli 2 otaqlı fərdi yaşayış evi yanmışdır. Yanğın nəticəsində ev içindəki əşyalarla birlikdə yararsız hala düşmüşdür.

Yanğınla əlaqədar Maya Ağayeva sosial-maddi vəziyyətlərinin qənaətbəxş olmadığını, yaranmış problemlə bağlı çox əziyyət çəkdiklərini dilə gətirərək 19.01.2024-cü il  tarixdə Rayon İcra Hakimiyyətinə müraciət etmişdir.

Vətəndaşın müraciəti ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən sözügedən ailəyə rayonun Qarabağ küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzilin kirayələnməsinə, ailənin digər vacib ehtiyaclarının qarşılanmasına, evin bütün məişət texnikaları ilə təmin olunmasına köməklik göstərmişdir. Mənzilin kommunal xərcləri qarşılanmış və ailə ərzaq yardımı ilə də təmin olunmuşdur.

Sonra ailəyə kömək məqsədi ilə Masallı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına birmərtəbəli, 2 otaqlı fərdi yaşayış evi tikilmiş, ailənin yaşaması üçün zəruri olan əşyalar təmin edilərək Ağayeva Maya Məhəmməd qızı və 4 övladının istifadəsinə verilmişdir.

 Vətəndaş Maya Ağayeva onlara göstərilən köməkliyə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Ölkənin Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya və rayon rəhbrəliyinə dərin təşəkkürünü bildirimişdir.

Keçidlər