Masallı şəhərində növbəti əmək yarmarkası keçirildi
28 noyabr 2024-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq Filialı (RMF) tərəfindən işsiz və işaxtaran şəxslərin iş tapmasına və işəgötürənlərin uyğun kadrlarla təmin edilməsinə kömək məqsədi ilə əmək yarmarkası keçirilmişdir.
Yarmarkada Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, Lənkəran-Astara Regional Məşğulluq Filialının müdiri Rasim Harəzmşah və digər əməkdaşlar iştirak etmişdir.
Yarmarkada 19 işəgötürən iştirak edərək, müxtəlif sahələrdə 127 vakansiya təqdim etmiş, təqdim olunan vakansiyalar arasında təhsil, tibb, kənd təsərrüfatı, tikinti və xidmət sahələri üzrə işlər mövcud olmuşdur.
Əmək Yarmarkasında 180-dən çox işsiz və işaxtaran şəxs iştirak edərək, onlara təqdim olunan iş imkanları ilə tanış olmuş, iş axtaranlar işəgötürənlər ilə birbaşa ünsiyyət quraraq, potensial iş imkanlarını müzakirə etmişlər.