Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində yaşıllıqlara qulluq olunur

29 dekabr 2022 | 17:18

Masallı rayon Yaşıllaşdırma müəssisəsinin kollektivi tərəfindən Masallı şəhəri ərazisində yaşıllıqlara qulluq işləri davam etdirilir. Belə ki, Musakücə dairəsində qazonlar biçilmiş, Bayraq meydanında ağaclar budanmış, şəhərin Heydər Əliyev prospektində 9 ədəd Eldar şamı ağacı, Bakı prospektində Öncəqala kəndinin giriş hissəsində 18 ədəd luqustur kolları əkilmiş, Dövlət Rəmzləri Muzeyinin önünə güllər əkilmiş, Heydər Əliyev adına parkda ağaclar budanmış, yeni qazonlar salınaraq suvarılmışdır.

Keçidlər