Masallı şəhərinin bayraq dirəyində əsaslı təmir işləri
20 aprel 2026 | 21:04
Masallı şəhərində Bayraq Meydanında yerləşən bayraq dirəyində əsaslı təmir işləri həyata keçirilmişdir.
Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aparılan işlər çərçivəsində mövcud bayraq yenisi ilə əvəz olunaraq ölçüsü 6x12 metrdən 8x16 metrədək böyüdülmüşdür. Bununla yanaşı, bayrağın 120 metrlik trosu, 15 metrlik ciyəsi, 10 ədəd qarmağı və 10 ədəd xamudu yenilənmiş, mexanizmlərdə yağlanma işləri aparılaraq dirəyin texniki vəziyyəti yaxşılaşdırılmışdır.
Görülən işlər bayraq dirəyinin dayanıqlığını və istismar keyfiyyətini artırmaqla yanaşı, şəhərin ümumi görünüşünə də müsbət təsir göstərmişdir.






