Masallı şəhərinin Xətai parkında bir gün...
Masallı rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində əhalinin istirahəti üçün şəhər ərazisində yenicə təmir olunmuş Xətai parkında yaşlı nəslin, yeniyetmə və gənclərin asudə vaxtının keçirilməsi üçün şərait yaradılıb. Giriş hissədə qala formasında hasarlama işləri aparılmışdır. Park ərazisində gəzinti yollarının kənarlarına bardürlər düzülmüş, üzlük daşlar yenilənmiş, xüsusi söhbətgahlar (“besetka”lar) və oturacaqlar quraşdırılmışdır. Buarada müxtəlif təyinatlı bir neçə kiçik iaşə obyektləri istifadəyə verilmişdir.
Parkda müxtəlif növ bəzək kolları əkilib, müasir suvarma və işıqlandırma sistemi qurulmuşdur.
İstər gündüz, istərsə də axşam saatlarında parkda istirahət etməyə gələnlərin sayı heç də az olmur. Kimi ağacların kölgəsində oturub dincəlir, kimi pürrəngi çay içə-içə nərd, domino oynayır ...
Bu sevimli məkana üz tutan insanlarla söhbətləşərkən Masallı şəhər sakinlərindən Hacı Əliyev, Hamlet Abıyev, İnşalla Mürşüdov, 74 yaşlı təqaüdçülərdən – Eldar Alışov, Miyankü kənd sakini Əlizadə Kazımov, Xocavar kənd sakini Yadigar Əzizov, Kolatan kənd sakini Cümşüd Qənbərov və başqaları onların istirahətinin səmərəli təşkilindəki diqqətinə görə dövlət başçısına, rayon rəhbərliyinə minnətdarlıq edirlər.