Masallı Tarix -Diyarşünaslıq Muzeyində “ İnsan hüquqları və şagird qaydaları” mövzusunda tədbir
Masallı Tarix -Diyarşünaslıq Muzeyində “İnsan hüquqları aylığı” çərçivəsində “ İnsan hüquqları və şagird qaydaları” mövzusunda maarifləndirici xarakterli tədbirlər keçirildi.
Muzeyin əməkdaşları tərəfindən R. Əlihəsənov adına Şəhər 1 saylı, Çayqırağ ,Böyük Kolatan tam orta məktəbin şagirdlərinə insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ edərək cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərinin və şagird qaydalara riayət edərək öz hüquqlarının müdafiəsində durmaq bacarıqlarının formalaşdırılmasından danışaraq , tövsiyələr verdilər.
Yekunda şagirdlər muzeyə ekskursiya etdilər.