Masallı Uşaq Gənclər İnkişaf Mərkəzində 28 may Müstəqillik günü
Masallı Uşaq Gənclər İnkişaf Mərkəzində 28 may Müstəqillik gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" mövzusunda görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Vətən müharibəsi qaziləri və dərnək üzvləri iştirak ediblər.
İştirakçılar ilk öncə Uşaq Gənclər İnkişaf Mərkəzin təşkil etdiyi sərgi ilə tanış olublar. Sonra tədbiri giriş sözü ilə Masallı Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Əsmər Axundova açmış, Ümummilli lider Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Masallı Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Əsmər Axundova çıxış edərək dövlət müstəqilliyimizin əbədi, daimi və dönməz olmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etmiş, mərkəzin şəhid məzunları Elməddin Nəzərov və Sübhan Həsənov haqqında öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşmüşdür.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirmişdirki, Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmişdir. Tarix üçün çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır.
Cümhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə atdığı addımlar yarımçıq qalmamış, müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa edən dövlətimiz varislik ənənələrini yaşatmış, inkişaf etdirmişdir.
Seyfəddin Əliyev müstəqilliyimizin qorunub saxlanmasında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. “Ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var və həmin siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir”.
Seyfəddin Əliyev sonda qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizdən həmişə böyük inamla danışaraq deyirdi: "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir".
Tədbirdə Əlifağa Yaqubov, Cavid Nuri və başqaları çıxış edərək müstəqilliyimizin bərpasında və onun qorunmasında ümummilli liderimizin xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.