Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı yarımstansiyası yenidən qurulur

19 yanvar 2023 | 17:49

AzərEnerji ASC-nin 110/35/10 kV-luq Masallı yarımstansiyası təmir olunur.

1961-ci ildə istifadəyə verilmiş bu yarımstansiya günümüzə qədər fəaliyyət göstərmişdir. Belə ki, bu yarımstansiya  Masallı rayonu və kəndləri ilə yanaşı Yardımlı, Cəlilabad rayonlarını tələbat olduğu dövrdə Biləsuvar və Lerik rayonlarını da elektriklə təmin edir.

            Şirvan REŞ MMC-nin baş mühəndis müavini Mövlan Məmmədovdan aldığımız məlumata görə, sözügedən yarımstansiya ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında əsaslı təmirə bağlanaraq, tam müasir avadanlıqlarla təchiz olunmuşdur. Əlavə olaraq 2 ədəd 110 kV-lıq çıxış yuvaları əlavə olunmuşdur. Bu da güc artımı olduğu deməkdir ki, bundan sonra əhali maksimum fasiləsiz enerji ilə təchiz ediləcək.

Yarımstansiyanı qidalandıran 110 kV-lıq 4-cü və 5-ci hava xətləri istismar müddəti bitdiyi üçün yenilənir. Artıq 2 aydan sonra yenidənqurma işləri tam olaraq başa çatacaq.

Yenidənqurma işlərini podratçı təşkilat "Light City QSC" həyata keçirir.

Keçidlər