Masallı Yaşıllaşdırma müəssisəsinin iclası
Masallı rayon Yaşıllaşdırma müəssisəsi 2022-ci il noyabr ayının yekunları barədə və cari ayda qarşıda duran vəzifələr və tapşırıqlar barədə iclas keçirmişdir.
İclasda Yaşıllaşdırma müəssisəsi tərəfindən noyabr ayı ərzində rayonda 870 m2 becərmə işləri, 2070 m2 qazon biçini, 1700 m2 ot biçini, 167 ədəd ağaclarda budama işləri görülmüş, 14 ədəd Gepares, 136 ədəd aliandra, 43 ədəd sərv 9 ədəd top yolka 6 ədəd xan çinar 7 ədəd palma ağacı əkilmiş bundan əlavə 165 ədəd aliandra 1800 ədəd tuta 150 ədəd Gepares 3 ədəd palma 11 ədəd barbaris 53 ədəd vələs 34 ədəd dəmir ağacı 12 ədəd hingülü 380 ədəd qızıl gül hüsnü hacılı yol qovşağının kənar hissəsindən çıxarılaraq musa küçə ağac və güllərin əkilmə stansiyasına köçürülmüşdür.
Noyabr ayının 18 və 25 tarixlərində Bakı prospekti Seybətin dairəsindən inşaat Bazarı istiqamətinə iməkçilik keçirilmiş, iməkçilik zamanı yolun sağ və sol hissəsi alaq otlarından təmizlənmiş, ağaclarda budama işləri aparılmış, yumşaltma işləri görülmüşdür.
Bundan əlavə müəssisənin parnik təsarufatlarında ağac və gül kollarının çoxaldılması həyata keçirilir. Əlavə olaraq qarşıdakı aylarda ağac əkini üçün yeni yerlər müəyyən edilmiş ağac əkini kompaniyasının genişləndirilməsi və seyrəkliklərin bərpası nəzərdə tutulmuşdur.