Masallı “Zəfər günü”nə hazırlaşır
05 noyabr 2024 | 18:25
Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Zəfər Günü təsis edilmişdir. Bakının Azadlıq meydanında 2020-ci il dekabrın 10-da keçirilmiş ilk möhtəşəm Zəfər paradı 44 günlük şanlı Vətən müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi olmuşdur.
Artıq hər il ölkəmizdə “Zəfər günü” böyük təntənə və coşqu ilə qeyd olunur.
Ölkəmizin digər şəhər və rayonları kimi Masallı rayonunda da “Zəfər günü”nə hazırlıq işlərinə başlanılmış, 37 inzibati ərazi vahidi üzrə 103 yaşayış məntəqəsində mərkəzi küçələrdə müxtəlif zümrələrdən tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılır, ictimai yerlərdə “Zəfər günü”nə həsr olunmuş banerlər asılaraq sakinlərimizin yüksək bayram əhval-ruhiyyəsində olduğu hiss olunur.
Eyni zamanda küçələrdə abadlıq-quruculuq və təmizlik işləri ilə əlaqədar iməciliklər təşkil olunur.