Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 01–31 yanvar 2026-cı il tarixlərində şəhid adına görülmüş işlər barədə

31 yanvar 2026 | 16:46

 

Masallı ərazisi

  • Şəhid atası Balarəzi Nəhmətova bələdiyyə tərəfindən maddi yardım ayrılmışdır.
  • Bələdiyyə tərəfindən müharibə iştirakçısı Vüsal Məmmədova maddi ayrılmışdır

 Hişkədərə ərazisi

  • Bələdiyyə və “Hişkədərə Birlik” xeyriyyə cəmiyyətinin maddi dəstəyi ilə şəhid E.Ağayev adına 300 metr küçəyə asfalt örtüyü döşənmişdir. (11650 manat)
  • Ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə şəhid atası Həzrətqulu Lələyev odun yanacağı ilə təmin edilmişdir.

Xırmandalı ərazisi

  • Masallı Rayon İcra Hakimiyyəti tərəfindən antiterror şəhidi Şəmistan Yusifli adına olan şəhid bulağının qarşısına çınqıl tökülərək hamarlanmışdır.
  • Xırmandalı ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə şəhid atası Hafiz Qurbanovun maliyyə dəstəyi ilə solmuş bayraqlar və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş bannerlər yeniləri ilə əvəz olunmuşdur.

Yeddioymaq ərazisi

  • Yeddioymaq bələdiyyəsi tərəfindən Birinci Yeddioymaq kəndində şəhid adına olan 200 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
  • Şəhid ailəsinin evinə gedən yolun 100 metr uzunluğunda olan hissəsinə çınqıl tökülərək hamarlanmışdır.

Tüklə ərazisi

  • Palıd ağacının aşması nəticəsində şəhid Rəsul Xanverdiyevin anasının yaşadığı evin darvazası və daş hasarı təmir olunmuşdur.
  • Şəhid Söhrab Mehdiyev küçəsinin giriş hissəsində onun divar üzərində həkk olunmuş təsviri qurulmuş və ətrafı qumlanmışdır.

Yeyənkənd ərazisi

  •  Şəhid atası Eyvazov İsmayıl Süleyman oğlunun evinə qaz çəkilmiş və istifadəyə verilmişdir.

Həsənli ərazisi

  •  Xeyriyyəçilər tərəfindən rəngi solmuş şəhid lövhələri yenisi ilə əvəz olunmuşdur.

Viləş ərazisi

  •  Qar nəticəsində çökmüş şəhid qardaşlarının ev muzeyinin qarşısındakı talvar təmir və bərpa edilmişdir.

Lürən ərazisi

  •  Yeni asfalt döşənmiş şəhid Faiq Şükürov adına küçənin ətrafına bələdiyyə tərəfindən çınqıl tökülərək hamarlanmışdır.
Keçidlər