Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 07-30 aprel 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə

30 aprel 2025 | 17:06

Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman rayon İcra Hakimiyyəti Başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.

Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, tibbi və psixoloji dəstək göstərilməsi istiqamətində davamlı işlər aparılır. Həmçinin, uşaqların təhsil alması və məşğulluğu ilə bağlı xüsusi dəstək proqramları həyata keçirilir.

Belə ki, Mahmudavar ərazi nümayəndəliyi tərəfindən Molalan kəndində şəhid Teymur Rəsulovun şəkli olan lövhə hazırlanaraq yol kənarında yerləşdirilmiş və  xeyriyyəçilər tərəfindən uzunluğu 80 metr olan şəhid Mübariz Şahbazov küçəsinə çınqıl tökülərək hamarlanmışdır. Bədəlan ərazisində xeyriyyəçilər tərəfindən Vətən Müharibəsi iştirakçısının kommunal borcu ödənilmişdir. Musaküçə ərazi nümayəndəliyi tərəfindən şəhidlərin şəkili olan lövhə yenisi ilə əvəz olunmuşdur. Xırmandalı ərazisinin Ərəb kəndinə gedən yolda 70 şəhidin şəkili olan lövhələr şəhid atasının maliyyə dəstəyi ilə rənglənmişdir. Güllütəpə ərazisində xeyriyyəçilər tərəfindən ṣəhid Firdovsi Bağırzadə adına olan küçədə asfalt yolun kənarlarına çınqıl döşənmişdir. Çaxırlı ərazisinin Sarıcəfərli kəndində Vətən Müharibəsi əlili Nurlan Abbasovun yaşadığı küçə 47 saylı Tol istismarı MMC tərəfindən cari təmir olunmuş və Yeyənkənd ərazi nümayəndəliyinin təşəbbüsü, Banbaşı bələdiyyəsi tərəfindən şəhid atası Eyvazov İsmayıl Süleyman oğlunun həyətinə 1 kamaz çınqıl tökülərək hamarlanmışdır.

Keçidlər