Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
30 may 2025 | 19:32
30 may 2025-ci il tarixdə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısının tapşırığına əsasən başçının birinci müavini Tohid Hüseynov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın əməkdaşları və Masallı Rayon Təhsil Sektorunun əməkdaşları tərəfindən rayon ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrində uşaqlar ziyarət olunmuşdur.
Görüş zamanı Masallı Rayon İcra Hakimiyyətinin başçısının təbriki uşaqlara çatdırlaraq onlara hədiyyələr təqdim edilmişdir.
Məktəbəqədər təhsil müəssisələrinin kollektivi onlara göstərilmiş diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə dərin minnətdarlığını ifadə etmişlər.