Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

01 iyun 2022 | 22:03

01 iyun 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü, YAP Masallı rayon təşkilatı və Masallı rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Masallı şəhər 1, 2, 3, 4 saylı və "Viləş" uşaq bağçalarında "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə tədbirlər keçirilmişdir.

Tədbirlərdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayon Gənclər və İdman idarəsinin müdiri Sabiq Cahangirov, Gənclər Evi SXM-nin direktoru Fuad Mənsimov və bağça kollektivləri iştirak etmişdir.

Belə ki, rayonda fəaliyyət göstərən uşaq bağçalarında tərbiyə alan uşaqlar tədbir çərçivəsində Qəhrəmanlar Parkı Şəhidlər Abidə Kompleksini ziyarət etmiş şəhidlərin abidəsi önünə tər gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.

Tədbirdə balaca fidanlar vətənpərvərliyə və şəhidlərə həsr edilən şerlər söyləyiblər. Qeyd etmək istərdik ki, uşaqlar üçün təşkil olunmuş tədbirdə Vətən müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin qızı Nur və Vətən müharibəsi şəhidi gizir Raqib Əzizovun qızı Ayan iştirak etmişdir.

Keçidlər