Masallıda 15 iyun “Milli Qurtuluş Günü”nə həsr olunmuş “Breyn rinq”
13 iyun 2022-ci il tarixdə “ASAN” İntellektual İnkişaf Mərkəzi Masallı Rayon İcra Hakimiyyətinin , Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının ,Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi” SXM-nin və Masallı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun “Milli Qurtuluş Günü”nə həsr olunmuş İdarə və müəssisələr arasında “Breyn rinq” intellektual bilik yarışı üzrə Masallı rayon birinciliyi keçirilmişdir.
Əvvəlcə tədbirdə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Tədbirin mükafatlandırılma mərasimində Masallı rayon İcra Hakimiyyətinin müvini, ictimai-siyası və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova , Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və “Masallı Gənclər evi” SXM-nin direktoru Fuad Mənsimov çıxış edərək qalibləri təbrik edərək yarışın keçirilməsində əsas məqsədin 15 İyun – Milli Qurtuluş Gününün qeyd edilməsi, gənclərin intellektual səviyyəsinin, zehni inkişafının stimullaşdırması, sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarının səmərəli təşkil edilməsi olub.
Bilik yarışının yekun nəticəsinə əsasən “Viktoriya” komandası birinci , “Buta” komandası yarışı ikinci, “Bitnet” isə üçüncü pillədə başa vurublar.”Gənclər” komandası isə yarışda fərqləndiyinə görə diplomla mükafatlandırıldı.
Yarışda qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırıldı