Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 20 yanvar hadisələri ilə bağlı rəsm müsabiqəsi

19 yanvar 2023 | 18:07

19 yanvar 2023-cü il tarixində “Masallı Gənclər Evi” SXM-nin, Masallı rayon Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda 9-12 və 13-15 yaş kateqoriyası üzrə rayon tam orta ümumtəhsil məktəblilərinin şagirdləri arasında “Rəsm” müsabiqəsi keçirilib. Tədbirin mükafatlandırma mərasimində “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov və Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək 20 Yanvar şəhidlərinin cəsarətli şücaətindən geniş söhbət açaraq bildiriblər ki, xalqımızın mərd oğulları əliyalın, silahsız sovet ordusuna qarşı çıxaraq müstəqilliyimiz uğrunda mübarizənin başlanğıcını qoyub, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən və bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyətdən danışıblar. Müsabiqəsinin yekun nəticəsinə əsasən: 9-12 yaşlı uşaqlar arasında Cəfərzadə Zəhra Samiq qızı birici yerə, Eyvazova Mələk Fəxrəddin qızı ikinci yerə, Bağırova Nərmin Seymur qızı üçüncü yerə və fərqləndiyinə görə Əliyeva Aytən Alov qızı, 13-15 yaşlı uşaqlar arasında Kazımlı Cəmil Elnur oğlu birinci yerə, Əsgərli Zəhra Əliağa qızı ikinci yerə, Soltanov Sahil Eldəniz oğlu üçüncü yerə və fərqləndiyinə görə Nurullayeva Mədinə Ramin qızı layiq görülüblər.

Keçidlər