Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 2023-cü ilin makroiqtisadi göstəriciləri

05 iyul 2023 | 15:59

Masallı Rayon Statistika İdarəsindən bildirilir ki, 2023-cü ilin yanvar-mart aylarında iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 133393,5 min manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 21,4 faiz artmışdır.

Məhsul buraxılışının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye sahəsində 18,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 25,8 faiz, informasiya və rabitə sahəsində 42,7 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 0,8 faiz, tikinti sahəsində isə 1,8 dəfə artmışdır.

Kənd təsərrüfatı üzrə məhsul buraxılışı 2022-ci ilin müvafiq dövrünə nisbətən 100,0 faiz təşkil etmişdir.

Keçidlər