Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “27 illik həsrətə son” mövzusunda tədbir

04 oktyabr 2023 | 15:39

Cəbrayıl Şəhəri Günü münasibəti ilə “27 illik həsrətə son” mövzusunda təşkil olunmuş tədbir keçirilmişdir.

Tədbir başlamazdan öncə Masallı şəhər Heydər Əliyev parkında yerləşən Ulu Öndərin abidəsinin qarşısı və Qəhrəmanlar parkında yerləşən şəhidlər abidə kompleksinə gül qoyulmuşdur. Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısının aparatı,  müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, Cəbrayıl rayondan məcburi köçkünlər, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, mətbuat nümayəndələri iştirakı ilə Heydər Əliyev Mərkəzində 4 Oktyabr- Cəbrayıl Şəhəri Günü münasibəti ilə “27 illik həsrətə son”  mövzusunda tədbir keçirilmişdir.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin  və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş  şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmişdir.

          Məruzə ilə çıxış edən Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova cənab Prezidentin  31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi, hər il təyin edilmiş tarixlərdə işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunmasını diqqətə çatdırdı. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. Cəbrayıl rayonuna qayıdış hələ 7 il bundan öncə Aprel döyüşləri zamanı əldə etdiyimiz qələbədən sonra başlamışdı. Cocuq Mərcanlı kəndinə sakinlərin o zaman qayıdışı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Böyük Qayıdışın əsasının qoyulması oldu. Öz ev-eşiyindən, doğma yurd-yuvasından məcburi köçkün düşmüş bir milyondan çox soydaşımızın 30 il həsrətlə gözlədiyi Böyük Qayıdış məhz Cəbrayıl rayonundan başladı. 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Həmçinin Prezident İlham Əliyev ötən ilin oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Daha sonra I Qarabağ və 44 günlük Vətən Müharibəsi qazisi, Cəbrayılın azad olunmasında iştirak etmiş zabit Cəmaləddin Məmmədov, Cəbrayıl rayonundan məcburi köçkün Qurban Həşimov, Masallı şəhər Cümə məscidinin imamı Məftun Hüseynov çıxış edərək   Vətən müharibəsindəki qələbəmizdən, Cəbrayılın  azadlığından, 27 il ərzində əldə edilən uğurlar, görülən hazırlıqların addım-addım möhtəşəm qələbəyə yaxınlaşdırmasından geniş bəhs edərək bildirmişlər ki, bu böyük sevinci bütün xalqımıza bəxş edən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün igid, qəhrəman Azərbaycan Ordusuna minnətdarıq. Görülən işlər Azərbaycan xalqının qurucu xalq olduğunu bir daha təsdiqləyir.  

Həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücününün növbəti təzahürüdür. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işləri heyranlıqla izləyir. İşğaldan azad olan ilk rayon mərkəzi kimi Cəbrayıl şəhəri tarixə düşdü. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

 

Sonda Masallı Dövlət Regional Kollecinin tələbələri tədbir iştirakçılarına “Qələbə müjdəsi“ adlı Kompozisiya təqdim etmişlər.

Keçidlər