Masallıda 27 sentyabr – Anım günü ilə əlaqədar ehsan süfrəsi
27 sentyabr 2024 | 17:32
27 sentyabr 2024-cü il tarixdə Masallı şəhər "İmam Hüseyn" məscidində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr – Anım gününə həsr olunmuş ehsan süfrəsi açılmışdır.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Masallı şəhər Digah məscidində təşkil olunmuş mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi ehtiramla yad edilmiş və ruhlarına dualar oxunmuşdur.