Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 27 sentyabr-Anım Günü qeyd olunub

27 sentyabr 2022 | 20:08

27 Sentyabr 2022-ci il tarixdə Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif mətbuat orqanların əməkdaşları iştirak ediblər. 

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkəmizin azadlığı və suverenliyi uğrunda sücaət göstərmiş mərd Vətən oğullarının “Qəhrəmanlar parkı, Şəhidlər abidə kompleksi”ni ziyarət edərək xatirələrini böyük ehtiramla yad edib, önünə tər gül dəstələri düzdülər, ruhuna dualar oxudular.

Anım tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vurğulayıb ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Masallıda da Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur. Haqq və şərəf işimiz olan 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız və Ordumuz böyük Zəfər qazanıb.

İcra başçısı həmçinin Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlıq göstərərək torpaqlarımızı erməni işğalçılarından azad etdiyini qeyd edib.Mərasimdə şəhid ailələri Azərbaycan xalqının bu tarixi uğurundan, şəhidlərimizin, qazilərimizin şücaətindən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qanı bahasına əldə olunan bu Qələbə ilə Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib olduğunu bütün dünyaya sübut edib.

Keçidlər