Masallıda “28 May-Müstəqillik Günü”nə həsr olunmuş spartakiada
Masallıda “28 May-Müstəqillik Günü”nə həsr olunmuş Lənkəran-Astara regionu üzrə spartakiadanın açılış mərasimi keçirilib.
23 may 2024-cü il tarixdə Masallı Olimpiya İdman Kompleksində Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “ 28 May-Müstəqillik Günü”nə həsr olunmuş Lənkəran-Astara regionu üzrə Spartakiadanın açılış mərasimi keçirilib.
Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi cənab Teymur Babazadə, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və digər qonaqlar iştrak edib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan müstəqilliyi və torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açaraq qonaqları və idmançıları salamlamış, dövlət tərəfindən idmana, idmançılara göstərinlən diqqət və qayğıdan söz açaraq, rayonumuzda fəaliyyət göstərən idman mərkəzlərindən və idmançılarımızın qazandığı uğurlardan danışaraq yarışda iştrak edən idmançılara uğurlar arzulamışdır.
Sonra Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxış edərək gələn qonaqlar və idmançıları salamlayarqa bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd “28 may-Müstəqillik Günü”nün qeyd olunması, eyni zamanda sağlam həyat tərzinin təbliği və ayrı-ayrı yaş qruplarında olan insanların idmana cəlb edilməsidir. Sonda bir daha yarışda iştrak edən bütün idmançılara uğurlar arzuladı.
İdmançıların paradından sonra, Cəlilabad rayonunun Kontakt Karate “Aslanlar” klubunun üzvləri tərəfindən nümnəvi çıxışlar göstərildi.Tədbirdə Masallı Mədəniyyət Mərkəzinin “Halay” rəqs qrupu öz gözəl rəqsləri ilə çıxış etdilər.
Sonda spartakida çərçivəsində keçirilən voleybol, minifutbol, atletika, stolüstü tennis və həndbol yarışlarında qalib gələn komandalar və idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə təltif olundular.