Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “30 ilin 44 günü” adlı tədbir

03 noyabr 2023 | 15:27

Noyabrın 3-də Masallı rayon Heydər Əliyev Mərkəzində 8-Noyabr “Zəfər günü”nə həsr olunmuş “30 ilin 44 günü” adlı tədbir keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, tələbələr və şagirdlər iştirak etmişlər.

Tədbir Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı rayon Tarix-diyarşünaslıq  muzeyi və Masallı rayon Mərkəzi Kitabxanasının, Masallı şəhər XI illik İncəsənət məktəbinin birgə təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru, gənc tələbə Əfsanə Rüstəmzadə qonaqları salamlayaraq tədbiri açıq elan edib. Ə.Rüstəmzadə 8 Noyabr-Zəfər Günü barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin yeni səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya gücünü, qüvvətini göstərdi.

Daha sonra 8-Noyabr “Zəfər günü”nə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbirin rəsmi hissəsində Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva , Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, 4 saylı Digah tam orta məktəbin müəllimi,Şuşa şəhəri sakini Rafiq Abbasov bildiriblər ki,Bu, qətiyyətli Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi tarixi gündür. Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu.

Sonra Masallı şəhəri İntiqam Əsgərli adına 3 saylı tam orta məktəbin,Böyük Xocavar və Xırmandalı kənd tam orta məktəbinin şagirdlərinin ifasında şeirlər səsləndirildi.

Tədbir rəsmi açılış hissəsindən sonra konsert proqramı ilə davam etdirilib. Xl illik İncəsənət məktəbinin xalq-çalğı alətləri,uşaq xoru və istedadlı müəllim və şagirdlərin təqdim etdiyi musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda Şəhid ailələrinə “Təşəkkürnamə”lər təqdim edilib,xatirə şəkli çəkilib.

Keçidlər