Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “44 gün – Tarixi zəfər” adlı kitabının təqdimat mərasimi 

22 sentyabr 2022 | 15:29

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün çap edilən “44 gün – Tarixi zəfər” adlı üçcildliyin (“A-Ə” hərfləri üzrə) kitabının birinci cildinin növbəti təqdimat mərasimi keçirilib.

Mərasimdə Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan şəhid ailələri iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbir iştirakçılarını salamlayaraq şəhidlərimizə allahdan rəhmət, qazilərimizə şəfa diləyib. İdarə rəisi sonra tədbirin mahiyəti barədə iştirakçılara məlumat verib.

Tədbirdə çıxış edən Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova sözügedən təqdmat mərasiminin sayca üçüncü olmasını, ilk təqdimat mərasiminin Silahlı Qüvvələr Günündə Bakı şəhərində, ikincisinin isə iyulun 6-da Gəncə şəhərində keçirildiyini bildirib. Natiq çıxışında vurğulayıb ki, biz bu zəfəri Ali Baş Komandan İlham Əliyevə və vətənin mərd oğullarına borcluyuq. Xalqımıza zəfəri bəxş edən oğullarımızın adlarının əbədilləşdirilməsi bizim borcumuzdur.

Daha sonra yazıçı publisist Rafael Tağızadə, Meyxoş Abdulla çıxış edərək şəhidlərimizə allahdan rəhmət diləyib və belə mərd oğullar böyütdüklərinə görə bütün şəhid valideynlərinin qarşısında baş əydiklərini bildiriblər.

Tədbirdə iki şəhid anası Ziba ana çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib və ən böyük arzumuz övladlarımızın yaddaşlarda qalmasıdır deyə vurğulayıb.

Yekunda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova aprel döyüşləri şəhidinin ailəsilə görüşündən təsirlənərək yazdığı “Ağlama şəhid qızı” şerini səsləndirib.

Keçidlər