Masallıda “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir
Masallı şəhərində “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Lənkəran-Astara Regional Təhsil idarəsi, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, sektorun əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, şəhid valideynləri, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbirdə çıxış edən Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev təhsilverənləri peşə bayramları münasibətilə təbrik edərək qeyd edib ki, ölkəmizdə təhsilə dövlət qayğısı ilbəil daha da artır. Eyni zamanda qeyd olunub ki, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafına yönəlmiş dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə ,ATİAHİ-nin Masallı rayonu üzrə komitə sədri Səfail Eyvazov və digərləri çıxış edərək müəllimləri təbrik edib, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda Masallı rayonu üzrə təhsil sektoru, ATİAHİ-nın Masallı rayon komitəsi və "Masallı Ziyalıları" ictimai birliyi tərəfindən təhsil sahəsində fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimlərinə fəxri fərmanlar təqdim olunub.