Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir

07 mart 2024 | 17:19

07 mart  2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri Masallı Rayon İcra Hakimiyyəti Başısı vəzifəsini müvəqqəti icra edən, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov açaraq Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva başda olmaqla, şəhid anaları və bütün Azərbaycan qadınlarını “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təbrik etmiş, onlara ən xoş arzularını bildirmiş, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmasından, onların hər tərəfli fəaliyyətinə geniş meydan verməsindən, lider qadınlar yetişdirməsindən söhbət açmışdır. Eyni zamanda dövlət qadın siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırmasını, qadın hüquqlarının təmin edilməsi sahəsində möhkəm hüquqi bazanın mövcud olmasını, qadınların ictimai-siyasi həyatdakı fəallığının ilbəil artmasını qeyd etmişdir.

Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qadın kadrların önə çəkilməsindən, qadın siyasətinin dəstəklənməsi, həmçinin gender bərabərliyi məsələləri daim diqqət mərkəzində saxlanılmasından geniş söhbət açmışdır.

Daha sonra tədbirdə çıxış edən RİHBA-nın Baş məsləhətçisi Nigar Kərimova, Türkoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Leyla Əzizova, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Şəhər 2 saylı tam orta məktəbinin direktoru Mehriban Əzizova, Mahmudavar kənd tam orta məktəbinin direktoru Kinəxanım Əliyeva, Qadın Resurs Mərkəzinin direktoru Nərgiz Muxtarova da öz növbəsində qadınları bayram günü münasibətilə təbrik edərək, diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və rayon rəhbərinə təşəkkürünü bildirmişlər.

Tədbirin sonunda müxtəlif sahələr üzrə fərqlənən xanımlara Fəxri Fərmanlar və hədiyyələr təqdim edilmişdir.

Keçidlər