Masallıda 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbirlər planı
Masallı rayonunda 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbirlər planı hazırlanıb
Tədbirlər planına əsasən “Yaddaş saatı” aksiyasının, mədəniyət və istirahət parklarında Vətən müharibəsi mövzusunda rəsm sərgilərinin keçirilməsi, “Tariximizi öyrənək” devizi altında məktəblilərin Tarix-diyarşünaslıq və Dövlət rəmzləri muzeylərinə ekskursiyalarının, rayonun ümumtəhsil məktəblərində aidiyyatı ərazi üzrə Vətən müharibəsi əlilləri və iştirakçıları ilə görüşlərin, 8 Noyabr – Zəfər Günü ilə bağlı Masallı RİH binasının qarşısındakı meydanda bayram konsertinin təşkili, RİH başçısı və rayon rəsmiləri, şəhid ailələri, Vətən müharibəsi əlilləri və iştirakçıları ilə birgə Qəhrəmanlar parkındakı Şəhidlər abidə-kompleksinin ziyarəti nəzərdə tutulub.