Masallıda 8 noyabr – Zəfər Gününə hazırlıq işləri
04 noyabr 2023 | 12:03
Masallı rayonunda Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən rayonun bütün ərazilərində 8 noyabr – Zəfər Gününə hazırlıq işləri davam etdirilir.
Belə ki, rayon ərazisində Zəfər Gününə həsr olunmuş ərazilərin bəzədilməsi həyata keçirilir, şəhid şəkillərinin və bulaqlarının ətrafı abadlaşdırılır, mərkəzi küçələrdə üç rəngli bayraqlar asılaraq dalğalandırılır, mərkəzi yolların kənarlarına qələbə simvolu olan lövhələr qoyulur, şəhid məzarları və ətrafında xüsusi iməcilik işləri görülür.
Görülən işlərə və xüsusi diqqətə görə şəhid ailələri, müharibə iştirakçıları və ziyalılar Ölkə Başçısı Cənab İlham Əliyevə, rayon rəhbərliyinə və zəhməti olan hər kəsə minnətdarlıqlarını ifadə edirlər.