Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda abadlıq və xeyriyyə işləri 01-31 yanvar 2026-cı il

31 yanvar 2026 | 17:58

Masallı şəhər ərazisi

 Çox mənzilli yaşayiş binalarında və həyətlərində abadlıq işləri aparılmışdır.

Aztəminatlı ailəyə 6 metr odun yanacağı verilmişdir.

 Sığdaş ərazisi

 Bələdiyyə tərəfindən Xanalıyan kəndində aztəminatlı ailəyə 300 manat Babakücə kəndində aztəminatlı ailəyə 400 manat məbləğində maddi yardım göstərilmişdir.

Masallı Su Meliorasiya Sistemləri İdarəsinin texnikası vasitəsilə subasma təhlükəsi aradan qaldırılmışdır.

Sığdaş ərazi nümayəndəliyinin təşəbbüsü ilə Bələdiyyə tərəfindən bir aztəminatlı ailəyə 500 manat və iki aztəminatlı ailənin hər birinə isə 100 manat olmaqla manat maddi yardım edilmişdir.

Bələdiyyə tərəfindən I Qarabağ müharibəsi iştirakçısı Əliyev Vilayət Lətif oğlunun məzar daşı dəyişdirilmişdir.

Qızılavar ərazisi

Xeyriyyəçilərin maddi dəstəyi ilə xaricdə vəfat edən kənd sakininin Azərbaycana gətirilməsinə maddi köməklik göstərilmişdir.

Masallı Su Meliorasiya Sistemləri İdarəsinin texnikası vasitəsilə subasma təhlükəsi aradan qaldırılmışdır.

Qızılavar kənd tam orta məktəbində təmirlə əlaqədar 50 ədəd pəncərə yenisi ilə əvəz olunmuşdur.

Banbaşı ərazisi

Banbaşı ərazisinin Böyük Xocavar kəndində məktəbə gedən yolun kənarında piyadaların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə səki döşənməsi işləri aparılmışdır.

Banbaşı ərazisində 600 metr məsafədə su ötürücü kanal lildən təmizlənmişdir.

Banbaşı ərazisində su ötürücü kanallara sel sularının ötürülməsi üçün 1200 manat dəyərində boru atılmışdır.

Banbaşı ərazi nümayəndəliyinin təşəbbüsü, Bələdiyyə və xeyriyyəçilərin maliyyə dəstəyi ilə Banbaşı kəndində 400 metr su kanalı lildən təmizlənmişdir.

Banbaşı ərazi nümayəndəliyinin və bələdiyyənin təşəbbüsü və xeyriyyəçilərin maliyyə dəstəyi ilə yol keçidlərində olan su boruları yeniləri ilə əvəz olunmuşdur.

 Çaxırlı ərazisi

Çaxırlı ərazisinin Bala Təklə kəndində Masallı Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən 1,5 km məsafədə su kanalının təmizlənməsi işləri aparılmışdır.

Çaxırlı ərazisində yol kənarında olan ağacların budanması işləri görülmüşdür.

Çaxırlı ərazisində Çaxırlı-2 məscidinə qaz sayğacı quraşdırılmışdır.

Çaxırlı ərazisində xeyriyyəçilər tərəfindən mərasim evinə 1 ədəd istilik sobası alınmışdır.

Şərəfə ərazisi

 Şərəfə kəndində xeyriyyəçilər tərəfindən 250 metr məsafədə gecə işıqlandırma lampaları quraşdırılmışdır.

Şərəfə ərazi nümayəndəliyi tərəfindən tənha yaşayan Zeynalova Roxsarə Qulam qızı ilə görüşülmüş problemlərilə maraqlanılmış və ərazi nümayəndəliyi tərəfindən maddi yardım edilmişdir.

Tüklə ərazisi

Tüklə ərazisində 26 ədəd küçə işığı yenisi ilə əvəz olunmuşdur.

Tüklə ərazisində yol kənarında olan ağacların budanması işləri görülmüşdür.

Mahmudavar ərazisi

Mahmudavar ərazisində nümayəndəlik tərəfindən tənha yaşayan şəxs ziyarət olunmuşdur.

Mahmudavar kəndində nümayəndəliyin təşkilatçılığı ilə 20 ədəd ağac əkilmişdir.

Sərçuvar ərazisi

Sərçuvar ərazisində xeyriyyəçilər tərəfindən Sərçuvar mərasim evi və məscidinin dəmir hasarları rənglənmiş, mərasim evinin istilik sisteminin yaxşılaşdırılması məqsədilə 2 ədəd qaz sobası alınmış, stol və stullarının üzlükləri yenilənmiş, həmçinin Sərçuvar məscidi üçün yeni xalçalar alınaraq istifadəyə verilmişdir.

Ərkivan ərazisi

Ərkivan ərazisində qəzalı elektirik dirəkləri Masallı elektirik şəbəkəsinin əməkdaşları tərəfindən dəyişdirilmişdir.

Ərkivan qəsəbə ərazi nümayəndəliyinin təşəbbüsü ilə əməliyyat olunmuş veteran müəllim gənc müəllimlərin iştirakı ilə ziyarət edilmiş, müalicəsi ilə əlaqədar olaraq ona maddi yardım göstərilmişdir.

Xırmandalı ərazisi

Xırmandalı ərazində Masallı Elektrik şəbəkəsi tərəfindən elektrik naqillərinə toxunan ağaclarda budanma işləri aparılmışdır.

Xırmandalı ərazi nümayəndəliyinin təşəbbüsü ilə bələdiyyə tərəfindən aztəminatlı ailəyə 100 manat maddi yardım göstərilmişdir.

Qızılağac ərazisi

Qızılağac ərazisində xeyriyyəçilər tərəfindən mərasim üçün nəzərdə tutulan çadıra ümumi 150 ədəd stul alınmışdır.

Qızılağac kəndinin girişində xeyriyyəçilər tərəfindən giriş qapısının tikintisinə başlanılmışdır.

Öncəqala ərazisi

Öncəqala ərazisində nümayəndəliyin təşəbbüsü ilə və kənd xeyriyyə fondunun maddi dəstəyi ilə, 8 nəfər imkansız ailəyə ümumilikdə 300 manat ərzaq yardımı olunmuşdur.

Öncəqala ərazisində zədələnmiş elektrik xətlərinin təmir işləri aparılmışdır.
Öncəqala ərazisində kənd sakinləri tərəfindən suaparıcı kanal dərinləşdirilmişdir.

Öncəqala ərazisində nümayəndəliyin təşəbbüsü və kənd xeyriyyə fondunun maddi dəstəyi ilə 17 nəfər müharibə iştirakçısına ümumilikdə 450 manat məbləğində ərzaq yardımı göstərilmişdir.

 Təklə ərazisi

Təklə ərazisində Masallı Su Meliorasiya Sistemləri İdarəsinin texnikası vasitəsilə subasma təhlükəsi aradan qaldırılmışdır.

Təklə ərazisində ərazi nümayəndəliyi və bələdiyyənin dəstəyi ilə həyətlərə daxil olmuş qrunt sularının kənarlaşdırılması ilə bağlı tədbirlər görülmüşdür.

Boradigah qəsəbəsi

 Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri aparılmışdır.

Böyük Kolatan ərazisi

Böyük Kolatan ərazisində su basmış ərazilər texnika vasitəsi ilə təmizlənmişdir.

Böyük Kolatan ərazi nümayəndəliyinin təşəbbüsü ilə Bələdiyyə tərəfindən hər biri 100 manat olmaqla 4 aztəminatlı ailəyə maddi yardım edilmişdir.

Kolatan Bələdiyyəsi tərəfindən Birinci Qarabağ müharibəsinin veteranı, kənd sakininin qız övladının təhsil haqqının ödənilməsi məqsədilə 600 manat məbləğində maddi yardım ayrılmışdır.

Güllütəpə ərazisi

 Güllütəpə kənd məscidinin iç divarları xeyriyyəçilər tərəfindən rənglənmiş və yeni xalçalar alınaraq sərilmişdir.

Musakücə ərazisi

 Musakücə ərazisində iki aztəminatlı ailəyə nümayəndəlik və bələdiyyə tərəfindən maddi yardım edilmişdir.

Göyəçöl ərazisi

Göyəçöl ərazisində 100 metr məsafədə kanal təmizlənmişdir.

Təzə Alvadı ərazisi

Təzə Alvadı ərazisində aztəminatlı ailə Əliyev Rahim Səfəralı oğlu üçün tikilmiş evin həyətyanı sahəsinə ərazi nümayəndəliyi və Bələdiyyə tərəfindən 50 metr məsafədə çınqıl tökülərək hamarlanmışdır.

Təzə Alvadı ərazi nümayəndəliyi və Bələdiyyə tərəfindən 15 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.

Xıl ərazisi

 Xıl ərazisində ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən kiçik texnikalar vasitəsilə yollar qardan təmizlənmiş, bir küçədə yaranan qrunt sularının kənarlaşdırılması üçün tədbirlər görülmüşdür.

Hişkədərə ərazisi

 Hişkədərə ərazisində elektrik naqillərinə toxunan ağaclarda budanma işləri aparılmışdır.

Yeyənkənd ərazisi

 Yeyənkənd kəndində nümayəndəliyin təşəbbüsü ilə Xeyriyyə Fondu tərəfindən 150 manat dəyərində 6 məişət tullantı qutusu alınaraq əraziyə qoyulmuşdur.

Şıxlar ərazisi

Şıxlar ərazisində elektrik naqillərinə toxunan ağaclarda budanma işləri aparılmışdır.

Keçidlər