Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda ağacəkmə aksiyaları davam etdirilir.

14 aprel 2024 | 11:50
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Masallı rayonunda ağacəkmə aksiyaları davam etdirilir.

            Belə ki, “Yaşlı Dünya naminə Həmrəylik ili”  ilə  əlaqədar  Masallı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyi tərəfindən rayonun Hüseynhacılı kənd dairəsində 50 ədəd sərv, 50 ədəd gepares ağacı əkilmiş, Həsənli kəndində yol kənarına 55 ədəd xan çinar və şam ağacı əkilmiş, Qarğalıq ərazisində  50 ədəd, Qızılağac kənd 1 saylı tam orta məktəbin 2004-cü il məzunları tərəfindən məktəbin həyətində 30 ədəd limon və yolka ağacı və Təzəkənd kənd tam orta məktəbin həyətində 160 ədəd şam ağacı əkilmişdir.

Keçidlər