Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda antikorrupsiya tədbirləri çərçivəsində maarifləndirici görüş keçirildi

07 may 2026 | 17:07

07.05.2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə RİH aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Azər Bəhmənov çıxış edərək bildirib ki, korrupsiyaya qarşı mübarizə yalnız inzibati və hüquqi tədbirlərlə məhdudlaşmır, bu istiqamətdə ictimai nəzarət və vətəndaşların məlumatlılığı mühüm rol oynayır.

Azər Bəhmənov qeyd edib ki, Milli Fəaliyyət Planının 6.9-cu bəndinə uyğun olaraq son dövrlərdə televiziya, radio, internet və sosial şəbəkələr vasitəsilə əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görülüb. Müxtəlif proqramlar, maarifləndirici materiallar, videoçarxlar və sosial media paylaşıqları vasitəsilə korrupsiyanın cəmiyyətə vurduğu zərərlər, hüquqi məsuliyyət və ondan qorunma yolları barədə geniş məlumat verilib.

Daha sonra çıxış edən RİH aparatının Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov vurğulayıb ki, dövlət qurumlarının və bələdiyyələrin rəsmi internet resurslarında yerləşdirilən məlumatlar, infoqrafikalar və videomateriallar vətəndaşların bu sahədə məlumatlılığının artırılmasına xidmət edir. Həmçinin açıq müzakirələr, dəyirmi masalar və onlayn görüşlər təşkil olunaraq vətəndaş cəmiyyəti nümayəndələri, media və dövlət qurumları arasında fikir mübadiləsi aparılıb.

Sektor müdiri əlavə edib ki, maarifləndirmə işləri çərçivəsində hazırlanmış buklet və kitabçalar əhali arasında paylanılıb, vətəndaşların hüquq və vəzifələri sadə və anlaşıqlı formada izah olunub. Bununla yanaşı, sosial media kampaniyalarının genişləndirilməsi, yeni kommunikasiya vasitələrinin tətbiqi və gənclərin bu prosesə daha fəal cəlb olunması əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Sonda çıxış edən Viləş kənd bələdiyyəsinin sədri Alim Ələmov qeyd edib ki, həyata keçirilən tədbirlər korrupsiyaya qarşı mübarizədə şəffaflığın gücləndirilməsinə, ictimai iştirakçılığın artırılmasına və vətəndaşların hüquqi maarifləndirilməsinə mühüm töhfə verir.

Keçidlər