Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Aprel döyüşləri  şəhidi Firdovsi Bağırzadənin 10-cu ildönümü anıldı

09 aprel 2026 | 17:56

           Masallıda şəhidlər, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.

Belə ki, rayonun Güllütəpə kəndində 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Firdovsi Əliş oğlu Bağırzadənin şəhadinin 10-cu il dönümü anılmışdır.

Mərasimdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq mühafizə orqanlarının, idarə-müəssisə, təşkilat rəhbərləri, Masallı rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyat nümayəndələri iştirak ediblər.

Rayon rəhbəri şəhid ailəsini evində ziyarət etmiş qayğıları ilə maraqlanmışdır.

Şəhidin ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını ifadə etmişlər.

Mərasim iştirakçıları şəhidin və ərazidə dəfn olunmuş bütün şəhidlərin məzarını ziyarət etmiş, qəbirüstü abidə önünə tər qərənfillər düzərək şəhidin ruhunu ehtiramla yad etmiş və dualar oxumuşlar.

Keçidlər