Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Aqrar sahədə ilin yekunları” mövzusunda müşavirə keçirildi

05 dekabr 2024 | 21:02

05 dekabr 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Aqrar sahədə ilin yekunları” mövzusunda müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov tədbir işçilərini salamlamış, cari ildə rayonun aqrar sahədə inkişafı, gələcək perspektivləri, problemləri və ümumiyyətlə kənd təsərrüfatı sahəsində uğurlu nəticələrlə yanaşı çatışmamazlıqların aradan qaldırılması barədə söhbət açmışdır. Fermerlərlə səmimi dioloq yaradan rayon rəhbəri müşavirə zamanı əkin sahələrinin artırılması, gübrə və texnika ilə təminat, eləcədə subsidayaların verilməsi ilə bağlı rayon zəhmətkeşlərini dinləmişdir.

Sonra müşavirədə məruzə ilə çıxış edən Masallı Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev cari ildə rayonun aqrar sektorunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verərək fermerləri maraqlandıran sullara cavab vermişdir.

Əkin sahələrinin suvarma suyu ilə təmin olunması barədə çıxış edən Masallı Su Melorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Akif Həmidov cari ildə fermerlərin təsərrüfat suyuna olan tələbatının ödənilməsi sahəsində görülmüş işlər barədə məlumat vermiş və növbəti ildə də fermerlərin əkin sahələrini suvarma suyu ilə təmin olunmasında çətinliklərin olmaması üçün əlindən gələni edəcəyini bildmirşidr.

Sonra rayonda böyük istehsalçı və fermerlərdən Sehran Nəcəfov, Zəmanə Babayeva, Anar Abbasov, Taleh Yusifov, Hadı İsmayılov və başqaları çıxış edərək məşğul olduqları istehsal sahələri barədə məlumat vermiş və gələcəkdə rayonda qeyri neft sektorunun inkişafı üçün eyni zamanda da əhalinin işlə təmin olunmasına töhfə vermək istədiklərini bildmirşlər.

Sonda aqrar sahədə fərqlənən bir qrup fermerə Masallı Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Müşavirəni yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov tədbirdə iştirak edən fermerlərin simasında bütün zəhmətkeşlərə növbəti mövsümdə bol məhsuldarlıq arzulayaraq Ölkə Başçısının rəhbərliyi ilə bundan sonra da fermerlərin dövlətin qayğısı ilə əhatə olunacağını əminliklə bildirmişdir.

Keçidlər